10 mart 2010 15:28
"Bir neçə futbolçumuz Avropada oynaya bilər"
Azərbaycan yığmasının və “Tvente”nin hücumçusu bildirib ki, bir neçə azərbaycanlı futbolçu Avropa klublarında oynaya bilər.
“Yığmanın heyətində bir neçə futbolçu var ki, Avropa klublarında çıxış edə bilər. Onlara arzulayardım ki, legioner həyatı yaşasınlar. Azərbaycan klubları da bundan maraqlıdır. Məncə, yaıxn gələcəkdə - yığmanın növbəti matçlarından sonra oyunçularımıza daha da çox təkliflər gələcək“ – azerisport.az xəbər verir ki, Affavideo.az saytına müsahibəsində Cavadov belə deyib.
