10 mart 2010 15:53
Vaqif Cavadov: Yaxınlarda Tventedə ilk oyuna çıxacağıma inanıram
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov affavideo.az saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, futbolçu milli komandadan, zədəsindən və “Tvente”dəki perspektivlərindən danışıb.
“Yığmanın düşərgəsində olmaq çox xoşdur. Həmişə milli komandanı sevən və onu klubdan üstün tutan futbolçu olmuşam. Biz bir ailəyik. Çox yaxşı kollektivimiz var. Kimin “Qarabağ”dan, kimi “Neftçi”dən gəldiyi heç hiss olunmur. Baxmayaraq ki, mən artıq “Qarabağ”ın futbolçusu deyiləm, yığmada özümü çox rahat hiss edirəm. Mən deyərdim ki, bu baş məşqçinin fəaliyyətinin nəticəsidir”.
“Hər dəfə yığmada nəsə öyrənirik. Amma məncə, artıq bunu unutmaq lazımdır – bu, keçmişdə qaldı. İndi millinin toplanışlara biz təcrübə yığmağa və komanda yoldaşlarımızla uyğunlaşmağa gəlirik”.
“Tvente”yə gələn kimi zədə almağım üzücüdür. Amma əməliyyat yaxşı keçib və bir neçə günə məşqlərə başlayacam. Yaxın vaxtlarda ilk oyunuma da çıxacağıma inanıram. Baş məşqçi və klubun bütün əməkdaşları mənə dəstək verirlər. Deyirlər ki, tələsməyim,özümü göstərmək üçün vaxtım olacaq. 3,5 + 1 il müddətində müqaviləm var. Müqaviləmin sonuna qədər “Tvente”də qalmaq istəyirəm”.
