10 mart 2010 00:07
UEFA-nın meneceri Azərbaycana gəlir
Martın 10-da UEFA-nın Kütləvi Futbol Proqramı üzrə meneceri Robin Rassel Azərbaycana səfər edəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, martın 12-dək davam edəcək səfər proqramı çərçivəsində Rassel Azərbaycanda kütləvi futbolla bağlı həyata keçirilən layihələrlə tanış olacaq.
