10 mart 2010 00:16
“Anji ilə oyunlarımız derbi olacaq”
Azərbaycan yığmasının sabiq baş məşqçisi, hazırda Rusiyanın “Terek” klubunda çalışan Şahin Diniyev qarşıdakı mövsümdə “Anji” ilə duellərdən danışıb.
“Terek”lə “Anji”nin oyunu Qafqaz derbisidir. Üstəlik, Mahaçqala klubunun heyətində Mahir Şükürov da çıxış edir, buna görə də bu oyun bizim üçün ikiqat maraqlıdır. İnanıram ki, Mahir özünü Rusiya çempionatında göstərə biləcək” – azerisport.az-a açıqlamasında Diniyev belə deyib.
