11 mart 2010 01:25
“Rəşad Sadıqovu sərbəst buraxmağa hazırıq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, klub Rəşad Sadıqovun Norveçə keçidinə maneçilik yaratmayacaq.
“Əgər bundan Rəşadın özü və Azərbaycan futbolu nəsə qazanacaqsa, futbolçunu sərbəst buraxmağa hazırıq. Onun keçidinə maneçilik törətməyəcəyik. Məncə, Norveç çempionatında oynamaq Sadıqova fayda verər, amma burada hər şey klubun səviyyəsindən asılıdır. Hərçənd, Avropada zəif komanda olmur. Norveç çempionatı da güclü turnirdir” – azerisport.az-ın müxbiri ilə söhbətində Qurbanov belə deyib.
