11 mart 2010 13:39
Platini AFFA rəhbərliyini qəbul edəcək
Sabah - martın 12-də, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA-nın prezidenti Mişel Platini ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun da iştirak edəcəyi görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat veriləcək, yeni layihələr müzakirə olunacaq.
