11 mart 2010 13:56

"PFL-in bu mövqeyi milli-mənəvi dəyərlərimizə ziddir"

Peşəkar Futbol Liqası növbəti “Olimpik-Şüvəlan” PFK-nın müraciətinə qəbul etməyib və dəyişiklik etmək haqda təkliflə razılaşmayıb. Azerisport.az. OŞ-un rəsmi saytına istinadla xəbər verir ki, klub bununla bağlı bəyanat yayıb.

“Olimpik-Şüvəlan” PFK-nın rəhbərliyi PFL-ə məktub göndərərək XXIV turun “Simurq”-“Olimpik-Şüvəlan” oyununun 20.03.2010-cu il tarixdən 23.03.2010-cu il tarixinə keçirilməsini xahiş etmişdir. Buna səbəb kimi isə "“Unibank Premyer Liqası”nın XXIV turunun oyunlarının Novruz bayramına təsadüf etməsi və futbolçu heyətinin milli bayramı ailə üzvləri ilə birlikdə qeyd etmək arzusu göstərilmişdi. Kollektivin bu istəyinin milli dəyərlərə və Novruz bayramının ənənələrinə uyğun olmasını əsas tutan klub rəhbərliyi 26.02.2010-cu il tarixdə PFL qarşısında vəsatət qaldırmışdı. Bu məqsədlə hətta “Simurq” Futbol Klubunun rəhbərliyinin razılığı da alındı və tərəflər mövqeyini rəsmi şəkildə bildirdilər. Lakin PFL heç bir tutarlı səbəb gətirmədən hər iki klubun təklifini rədd etdi. Konkret olaraq Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov təqvimdə dəyişikliyə zərurət olmadığını bildirdi.

    Bəlkə də, PFL-in mövqeyini peşəkarlığa uyğun saymaq olardı. Amma bunun qeyri-səmimi olduğunu sübut edən fakt olmasaydı.

    PFL ötən ilin dekabr ayında bəzi klubların əcnəbi futbolçularının Yeni İl bayramı ilə bağlı analoji xahişinə müsbət cavab verərək təqvimdə dəyişiklik etmişdi. Məlumat üçün qeyd edək ki, onda PFL prezidentinin imzaladığı 168 saylı, 14 dekabr 2009-cu il tarixli əmrə əsasən XVII turun bəzi oyunlarının (Standard-Karvan, Qarabağ-Bakı, Qəbələ-İnter, Muğan-Xəzər-Lənkəran) vaxtı 1-2 gün əvvələ dəyişdirilərək 24.12.2009 tarixinə keçirildi.

    Məhz bu fakt bizdə haqlı olaraq PFL-in ortaya qoyduğu mövqeyin düzgün olmadığı haqda təsəvvür yaradır. Mövsüm ərzində klublardan xəbərsiz təqvimdə dəfələrlə dəyişiklik edən PFL-in xalqımız üçün əziz sayılan günlərdə peşəkarlıq nümayış etdirmək istəməsi də bu mənada başa düşülmür və təəccüb doğurur.

    Buna görə də biz “Olimpik-Şüvəlan” PFK olaraq PFL-in bu mövqeyinin milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirir və onların bu məsələyə yanaşma tərzi ilə qətiyyən razılaşmadığımızı bəyan edirik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.