11 mart 2010 16:41
"Bülənt Qorxmazın istefaya çağırılması normaldır"
“Bakı”nın baş meneceri Zeynal Məmmədov Bülənt Qorxmazın azarkeşlər tərəfindən istefaya çağırılmasını normal qəbul edir.
“Bülənyt Qorxmazın istefaya çağırılması normaldır. Azarkeş oyun görmək istəyir, amma “Bakı” həmin oyunu göstərə bilmir. Komanda ümidləri doğrultmayanda məşqçini istefaya çağırırlar. Azarkeşlər uğursuzluq görmək istəmir” – azerisport.az-ın müxbiri ilə söhbətində Məmmədov belə deyib.
