11 mart 2010 19:45

Simurq OŞ-un planlarını pozdu

“Simurq” PFK-nın Peşəkar Futbol Liqasına ünvanladığı məktuba əsasən, klub sponsorları və baş məşqçi ilə məsləhətləşmələrdən sonra, eləcə də növbəti tura hazırlaşmaq üçün vaxtın məhdud olmasını nəzərə alaraq, 20 mart 2010-cu il tarixdə Unibank Premyer Liqasının XXIV turu çərçivəsində “Simurq” və “Olimpik-Şüvəlan” klubları arasındakı oyunun 23 mart 2010-cu il tarixində keçirilməsi “Simurq” PFK tərəfindən məqsədəuyğun sayılmamışdır.
 
Azerisport.az xəbər verir ki, bunu nəzərə alaraq PFL tərəfindən “Olimpik-Şüvəlan” klubunun martın 20-də  keçirilməli olan Unibank Premyer Liqasının XXIV turunun “Simurq” – “Olimpik-Şüvəlan” oyununun 23 mart tarixinə təxirə salınması haqqında vəsatəti təmin edilməmişdir.
 
Milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı təkcə “Olimpik-Şüvəlan” klubu üçün deyil, Unibank Premyer Liqasında çıxış edən digər 11 klub üçün də bayramdır. Qeyd edək ki, bu klublardan heç biri Unibank Premyer Liqasının XXIV turunun təxirə salınması ilə əlaqədar PFL-ə müraciət etməmişdir. Dünyanın bir çox ölkələrində bayram günlərində milli çempionat oyunlarının keçirilməsi praktikası tətbiq olunur.
 
Unibank Premyer Liqasının XVII turunun oyunlarının Yeni İl ərəfəsində 1-2 gün irəli tarixə keçirilməsi ilə əlaqədar bildirmək istəyirik ki, həmin tur ilin son oyun günü olduğundan, həmçinin bir çox klubların legioner futbolçuların aviabilet məsələsində problemlərin yaranmaması üçün PFL-ə etdikləri müraciətləri anlayışla qarşılanmış və oyunlar daha irəli tarixə dəyişdirilmişdi.
 
Peşəkar Futbol Liqası bir daha bildirir ki, Unibank Premyer Liqasının oyunlarının təqvimi hər hansı bir klubun fərdi istəyinə uyğun olaraq dəyişdirilə bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.