11 mart 2010 00:17
Kim Azərbaycandan gələn təklifdən imtina etməz?
“MKT-Araz”ın keçmiş baş məşqçisi İqor Nakoneçnı ölkəmizə qayıtmaq variantını istisna etmir.
“Azərbaycana qayıtmağım barədə söhbət olub, amma konkret təklif yox. Azərbaycan futbolunu yaxından izləyirəm. Bu ölkədə çox insanlar tanıyıram. Əgər iddialı klubdan təklif gəlsə, imtina etmərəm” – Azerisport.az-a müsahibəsində ukraynalı mütəxəssis belə deyib.
