11 mart 2010 00:30
Qurban Qurbanov: Qarabağın oyunundan tam həzz almıram
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının oyunundan tam razı deyil. Azerisport.az xəbər verir ki, o bunun səbəbini fasilələrdə və hava durumunda görür: “Qarabağ”ın oyunundan tam həzz almıram, oyun məni razı almır. Bunun səbəbi yığmanın matçları ilə əlaqadər, çempionatda tez-tez fasilələrin yaranması və hava şəraitidir. Pis havada meydançaların durumu da bərbad olur. Amma havaların istiləşməsi ilə bu problemlər arxada qalacaq”.
