12 mart 2010 15:38
Həmyerlimiz Kakadan nə ilə seçilir?
Bu gün Dağıstan prezidneti Maqomedsalam Maqomedov “Anji” ilə görüşündə klubun yeni transferlərinə inandığını söyləyib. Azerisport.az xəbər verir ki, transferlərin arasında həmyerlimiz Mahir Şükürov da var.
“Təəssüf ki, komandaya dünya futbolunun ulduzları – Ronaldo, Kaka, Runi və başqalarını cəlb edə bilmədik. Amma biz komandada olan oyunçularla işləməli və nəticə qazanmalıyıq. Məncə, bizim futbolçularımız adıçəkilənlərdən heç nə ilə geri qalmırlar, oynamaq, qalib gəlmək istəyi onlarda daha çoxdur” – “RİA Daqestan” bildirir ki, Maqomedov belə deyib.
