12 mart 2010 19:35

Qurbanov zəflikdən danışdı

Unibank Premyer Liqasının XXIII turunda "Bakı" Ağdamın "Qarabağ" klubuna 2:0 hesabı ilə qalib gəldi, "Simurq" Zaqatalada "Karvan" komandası ilə 0:0 oynadı, "Standard" isə "Olimpik-Şüvəlan"a 2:1 hesabı ilə qalib gəldi. Azerisport.az məşqçilərin fikirləri ilə sizi tanış edir:
 
Məqsəd Yaqubəliyev, "Bakı" klubunun məşqçisi: "Qarabağ" çox güclü komandadır. Bugünkü oyunda qalib gəldiyimiz üçün şadıq. "Qarabağ" "ilk altılıq"da cəmi bir dəfə məğlub olmuşdu. Baş məşqçimiz bu oyunda cəzalı idi. Güclü küləyin olması daha yaxşı oyun göstərməyimizə mane oldu. Buna baxmayaraq, "altılığa" qələbə ilə başladıq. Xüsusən də oyunun ikinci hissəsində gözəl oyun nümayiş etdirib iki qol vurduq".
 
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Oyun çox maraqlı keçdi. "Bakı" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Belə oyunlar çempinonata gözəllik verir. Komandamız bu oyunu zəif oynadı. Futbolçulardan narazı qalmadım, qarşıda bizi "Xəzər Lənkəran"la çətin səfər oyunu gözləyir".
 
Roman Pokora, "Simurq" klubunun baş məşqçisi: "Oyun haqqında çox danışmaq istəməzdim. İlk hissədə "Karvan" daha üstün oynadı. Bizim komandamız nisbətən təzədir, buna baxmayaraq futbolçulardan razı qaldım. Bu bərabərlik qarşıdakı oyunlarda daha yaxşı nətcələr qazanmağa ümid verir. "Karvan" turnir cədvəlində aşağı pillələrdə olsa da, çox güclüdür. Fikrimcə, nəticə oyuna görə oldu".
 
Yunis Hüseynov, "Karvan" klubunun baş məşqçisi: "Bu oyunda qələbə bizə çox lazım idi. Əfsuslar olsun ki, qol vura bilmədik, qələbə qazana bilmədik. "Simurq" çempionatımızın ən yaxşı komandalarındandır. İkinci hissənin ilk 15 dəqiqəsini yaxşı oynadıq. Lakin komandanın ümumilikdə göstərdiyi oyundan narazı qaldım".
 
Nazim Süleymanov, "Olimpik-Şüvəlan" klubunun baş məşqçisi: "Qələbə münasibəti ilə "Standard" komandasını təbrik edirəm. Bugünkü oyun göstərdi ki, komandamız həm birinci, həm də ikinci hissədə bir sıra qol imkanları əldə etsə də, bunlardan istifadə edə bilmədi. Verdiyimiz tapşırıqları sona kimi yerinə yetirə bilmədilər. Elə bil komandada özünəinam yox idi. "Standard" son zamanlar çox gözəl oyun göstərir. Kubok oyununda onlara uğurlar arzulayıram".
 
Böyükağa Hacıyev, "Standard" klubunun baş məşqçisi: "Bu gün meydanda bir-birinə layiq iki komanda mübarizə apardı. İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik, lakin ikinci hissədə vurduğumuz qollarla qalib gəldik. Bu qələbə bizə autsayderlər sırasından qurtulmağa çox kömək edəcək. Qarşıda çətin kubok oyunumuz var, ona hazırlaşacağıq. "Olimpik-Şüvəlan" klubuna uğurlar arzulayıram".
 
PFL

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.