12 mart 2010 20:33

Rövnəq Abdullayev UEFA-da Mişel Platini ilə görüşüb (FOTO)

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
 
Azerisport.az xəbər verir ki, UEFA-nın baş katibi Gianni İnfantino, Milli Assosiasiyalar Departamentinin rəisi Teodor Teodoridis, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirak etdiyi görüş barədə UEFA-nın rəsmi saytında yazı yerləşdirilib: «1994-cü ildən UEFA-nın üzvü olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına «Het-trik» proqramı çərçivəsində UEFA hərtərəfli yardım göstərir. Bu gün UEFA-nın qərargahında UEFA və AFFA rəsmiləri arasında görüşdə bu barədə söhbət aparılıb.
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA.com-a deyib: «Bu, mənim UEFA-nın qərargahına ilk səfərimdir və mənim üçün Avropanın futbol mərkəzinə - UEFA-nın qərargahına gəlmək şərəfdir».
 
UEFA və AFFA prezidentləri Azərbaycanda futbolun inkişafı, infrastrukturu və gələcək illər üçün starteji planları müzakirə ediblər.
 
Rövnəq Abdullayev deyib: «Bizim üç əsas prioteritetimiz var: Kütləvi futbol, təhsil və infrastruktur. Mən şadam ki, UEFA AFFA-nı nəinki texniki, həm də maliyyə cəhətdən dəstəkləyir. Heç şübhəsiz ki, UEFA-nın dəstəyi olmadan Avropada və digər milli assosasiyalarda futbol indiki kimi inkişaf etməzdi. Xüsusilə də Azərbaycan üçün UEFA-nın dəstəyi çox vacibdir. Son zamanlar futbol Azərbaycanda populyarlıq qazanıb, milli komandanın uğurları azarkeşlər arasında futbola marağı artırıb. Bizim vəzifələrimizdən biri futbolu daha da populyarlaşdırmaqdır. Bizim milli komandanın gələcəyi üçün strateji planımız var. Amma biz bilirik ki, milli komandanı inkişaf etdirmək üçün kütləvi futboldan başlamalıyıq, təhsilin səviyyəsini qaldırıb infrastrukturu inkişaf etdirməliyik. Biz öz vəzifələrimizi bilirik və gələcəyə baxışımız var» (AFFA).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.