12 mart 2010 11:11
Qorxmaz harada oturacağını bilmir
“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz bildirib ki, “Qarabağ”la oyunda tribunada oturacağı halda belə, bu onun fəaliyyətinə mane olmayacaq. Azerisport.az xəbər verir ki, iki tur əvvəl cəzalanan türkiyəli mütəxəssis qarşıdakı oyunda da texniki zonadan kənarda qalacaq.
“Tribunada oturub-oturmayacağımı heç dəqiq bilmirəm. Çünki keçən dəfə polislər tribunada olmağıma belə icazə vermədilər, görək bu dəfə qoyacaqlar? Ehtiyat oyunçular skamyasında olmamağınız futbolçularla ünsiyyət qurmağına problem yaratmayacaq. Mən öz köməkçilərimə inanıram” – klubun rəsmi saytına müsahibəsində Qorxmaz belə deyib.
