12 mart 2010 11:31
Azərbaycanlı jurnalisti aclıq aksiyasından sonra sərbəst buraxdılar
İranlı futbol jurnalisti Abdulla Saduhi azadlığa buraxılıb. Azerisport.az xəbər verir ki, yeddi həftə saxlanıldıqdan sonra ona sərbəstlik verilib.
Qeyd edək ki, jurnalist qeyri-rəsmi də olsa, İranın milli təhlükəsizliyinə mənfi təsir edə biləcək “pantükçülük”də günahlandırılırdı; Saduhi İranın əsasən azərbaycanlılar yaşayan Cənubi Azərbaycan ostanının mərkəzi şəhəri Təbrizi təmsil edən “Traktorsazi” komandasının posterlərinin dərc etmiş və alt başlıq kimi isə “Bütün Azərbaycan bizimlə fəxr edir” sözlərini azərbaycanca yazmışdı. İranda 30 milyondan çox həmyerlimizin yaşamasına rəğmən, Azərbaycan dilinin rəsmi dil hesab olunmadığı üçün jurnalist İran Xüsusi Xidmət orqanları göz altına almışdılar.
Saduhi yanvarın 18-də həbs olunmuş, fevral ayında isə həbsindən dolayı rəsmi etiraz yazmışdı. O bildirmişdi ki, posterlərin dərcinə rəsmi icazə alıb.
Onu qeyd edək ki, cənublu jurnalist yalnız aclıq aksiyasına başladıqdan sonra sərbəst buraxılıb.
