12 mart 2010 11:40

UEFA-nın meneceri Azərbaycan qızları haqqında (FOTO)

Bakıda səfərdə olan UEFA-nın Kütləvi Futbol Proqramı üzrə meneceri Robin Rassel AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, Rassel futbolun kütləviliyindən tutmuş qadına futboluna qədər bir çox məsələlərdən danışıb: “Azərbaycanda ilk dəfə 2 il bundan əvvəl olmuşam. Ötən 2 il ərzində görülən işlər məni müsbət mənada təəccübləndirdi. Futbolun kütləviliyinin, təhsilin, infrastrukturun inkişafı üçün çox böyük işlər görülüb. Orta məktəblərdə tədris olunan futbol dərsini, məktəblilər arasında təşkil olunmuş turniri izlədim. Gördüklərim məni heyran etdi.

Məktəbli qızların futbolla maraqlanmasını, qızlar arasında bu idman növünə həvəs yaranmasını xüsusilə qeyd etmək istərdim. Bu, yalnız qızlar arasında deyil, həm də bütövlükdə futbolun inkişafı üçün vacibdir. Çünki bu gün futbol oynayan 10-12 yaşlı qızlar gələcəkdə futbolçu olmasalar da, futbola bağlı qalacaqlar, futboldan uzaqlaşmayacaqlar. Bu, onların sağlam yaşamaları üçün də vacibdir. Bütün bu görülən işlər ümumilikdə futbolun inkişafı deməkdir. Heç də hər ölkə dünya və Avropa çempionatının seçmə mərhələsindən uğurla keçə bilmir. Ancaq irəliyə - gələcəyə baxmaq, milli komandanın   uğurları üçün kütləvi futbolu inkişaf etdirmək çox vacibdir. Mən bu gün ölkənizdə futbolun kütləviliyi naminə   böyük işlərin görüldüyünü müşahidə etdim. Təbii ki, bütün bu işlər AFFA-da işlərin düzgün qurulduğunun göstəricisidir. AFFA bu sahədə düzgün yol tutub”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.