XL yeni lider oldu (YENİLƏNDİ)
Bu gün “Unibank” Premyer Liqasında Final mərhələsinə start verilir. Azerisport.az xəbər verir ki, saat 14:00-da başlanan oyun gününə 20:00-da Lənkəranda yekun vuruldu. XL "Qəbələ"yə 4:1 qalib gəlib birinci yerə qalxdı, “Bakı” isə “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdi.
"Xəzər-Lənkəran" - "Qəbələ" - 4:1
Lalinin (iki), Oparanın və Kalinkovun qolları sayəsində meydan sahibləri rəqibə 4:1 hesabı ilə qalib gəldilər.
"Bakı" - "Qarabağ" 2:0
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada artıq birinci hissə başa çatıb. Hər iki tərəfin ifasında əsasən müdafiəyəmeylli futbol izlədik və ilk yarıda hesab açılmadı. Hərçənd, hər iki komandanın heç olmasa bir dəfə rəqib qapıçını məyus edə bilərdi.
56-cı dəqiqədə "Bakı"nın hücumları məntiqi nəticəsini tapıb. Qapıçı ilə təkbətək çıxan Jaba Fərhad Vəliyevə heç bir şans verməyib. 75-ci dəqiqədə Fabio ilə bir daha fərqlənən "zolaqlılar" matçın taleyini həll ediblər. Ölkə çempionu cəzas üzündən texniki zonadan kənarda qalan baş məşqçi Bülənt Qorxmazsız da güclü çıxdı.
