13 mart 2010 01:25

Böyük Bakı, coşan Xəzər, yaralı Qarabağ...

Hamının səbrsizliklə gözlədiyi Final mərhələsi də yetişdi və hətta dörd oyunla ilk tura start da verildi. Təəssüratlar bimənalı deyil; bir tərəfdə son mövsümün triumfatorların dueli, digər tərəfdən heç nəyi həll etməyən qarşılaşma…
 
Amma azerisport.az sizi əmin etməyə çalışır ki, başlığın möhkəm səslənməsinə rəğmən, “Bakı” – “Qarabağ” oyununda azarkeşlər nəsə maraqlı bir şey izləyə bilmədilər. Heç onların sayı da çox deyildi - cəmi 500 nəfər və çətin ki, bu 500 nəfər evə məmnun gedə bilsin. Böyük ehtimalla, onların arasında bu mövsüm ilk dəfə “Qarabağ”ın oyununu canlı izləyən şəxs olar  və bu bir nəfərin “Təriflədikləri “Qarabağ” elə budur?” deməyə tam haqqı var.
 
Doğrudan da, həmin gün ağdamlılarda demək olar ki, heç nə alınmırdı. Amansız və aramsız tənqid atəşinə tutulan “Bakı” isə bəlkə də özünün də gözləmədiyi oyunla çoxlarının bir nömrəli favorit hesab etdiyi rəqibi diz çökdürməyi bacardı. Bu qələbə ilə “zolaqlılar” qızıl xallarını 15-ə yüksəltdilər və indi siz zəhmət çəkib aşağı boylanın, görün çempionluğa bu iki komandadan hansı daha yaxındır?
 
Nə “Bakı”, nə də “Qarabağ”ın “Xəzər Lənkəran”ın xal itirəcəyi ilə bağlı kiçik ümidləri doğrulmadı. Bumövsümkü “Xəzər” – ideal oyununu sərgiləyəndə - başqa “Xəzər”dir və bu başqa “Xəzər”ə bu gün yalnız “İnter” müqavimət göstərə biləcək gücdədir. “Qəbələ” isə Ağasəlim Mircavadovun yetirmələrinə başağrısı ola biləcək durumda deyil. Bu komanda “altılığ”a nüfuz naminə düşüb və oyunu ilə elə ilk turdaca bunu sübut etdi. Hərçənd, qəbələlilər ondan heç nə ilə güclü olmayan “Neftçi” ilə rəqabət aparmağa borcludur.
 
Günün iki digər qarşılaşması yalnız Zaqatala, Yevlax, Şüvəlan və Sumqayıtdan olan azarkeşlər, bu bölgələri təmsil edən klubların əməkdaşları, futbol ictimaiyyətinin müəyyən hissəsi və jurnalistlər üçün maraqlı idi. Bütün bu insanların sayını üst-üstə toplasaq, kifayət qədər böyük rəqəm alınar, amma bu, ölkənin matçlara real marağına faiz etibari ilə uyğun gələ bilməz. Məsələn, premyer liqada düşməyəcəyi şübhə doğurmayan “Simurq”un evdə “Karvan”a qalib gələ bilməməsi bir qədər təəccüblü görünür, lakin unutmaq olmaz ki, “legioner təmizlənməsi”ndən sonra zaqatalalıların heyətində əsasən mövsüm boyu oyun praktikasından məhrum olan futbolçular qalıb. Bu da öz mənfi təsirini göstərir. Əsasən də qol vəziyyətlərinin sağa-sola xərclənməsində.
 
“Olimpik-Şüvəlan”la “Standard”ın duelində qonaqların qalib gəlməsi turnir cədvəlin baxımından qəribə görünsə də, son aylardakı çıxışına görə sumqayıtlılar daha möhkəm kollektiv təsiri bağışlayır. Üstəlik, şüvəlanlılar indi daha çox “Simurq”la ölkə kubokunun cavab qarşılaşması maraqlandırır. Hər halda, onların kubokda sürprizə imza atmaq şansları premyer liqanı tərk etmək ehtimalından daha çoxdur.
 
Hərçənd, bu gedişlə, deyəsən, premyer liqanın tərkibi yenə dəyişməyəcək...
 
 
"Xəzər-Lənkəran" - "Qəbələ" - 4:1
"Bakı" - "Qarabağ" 2:0
“Olimpik-Şüvəlan” – “Standard” 1:2
“Simurq” – “Karvan” 0:0
 
Turnir vəziyyəti
İlk altılıq: XL - 18 xal (11 oyun), İnter - 17 (10), Bakı, Qarabağ - 15 (11), Neftçi - 11 (10), Qəbələ - 7 (11).
 
İkinci altılıq: Simurq - 22 (11), OŞ - 18 (11), Turan - 16 (10), SS - 12 (11), Muğan - 10 (10), Karvan - 6 (11).
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.