13 mart 2010 17:55

Neftçi məğlubiyyətdən qaçdı (YENİLƏNDİ)

Bu gün daha iki oyunla “Unibank” Premyer Liqasının Final mərhələsinin ilk turuna – 23-cü tura yekun vurulur. Azerisport.az xəbər verir ki, bir neçə gün əvvəl ölkə kubokunun 1/4 final mərhələsində “İnter”ə öz meydançasında 0:3 hesabı ilə məğlub olan “Neftçi” indi bu komandadan revanş almaq üçün yaxşı imkan qazanıb. Tovuzda keçirilən digər matçda isə “Turan” “Muğan”ı qəbul edir.

 

“Turan” – “Muğan” 1:2
 
Tovuzda keçirilən qarşılaşmada ilk hissədən sonra hesab açılmayıb. İkinci hissədə sonra hücumlarını kəsərini artıran salyanlılar 52-ci dəqiqədə hesabı açıblar: Fərrux İsmayılovun ötürməsini Vüsal Hüseynov dəqiq tamamlayıb. 60-cı dəqiqədə Ekrem Hodziçin qırmızı vərəqə almasına rəğmən, "Muğan" azlıqda ikinci topu da vurub. İlk qolun ötürməsinin müəllifi Fərrux İsmayılov bu dəfə özü "Turan"ı məyus edib. 80-ci dəqiqədə meydan sahibləri vəziyyəti bir qədər düzəltməyə müvəffəq olublar. Lakin kapitan Nadir Nəbiyevin qolu tovuzlu azarkeşləri ümidləndirsə də, "Turan"ın xal itkisinə mane olmayıb. Bu qələbə ilə "Muğan" turnir cədvəlində vəziyyətini bir qədər yaxşılaşdıraraq, "Standard"ı geridə qoyub.
 
“İnter” – “Neftçi” 1:1
 
Turun ən maraqla gözlənilən qarşılaşmalarından biri start götürüb. "Neftçi" üç gün əvvəlki biabırçılığın əvəzini çıxa biləcəkmi?
 
Birinci hissə boyu üstünlük qonaqların tərəfində olsa da, "İnter"in minimal qol şansından maksimum istifadə etmək bacarığı bu dəfə də özünü göstərdi. Branislav Çervenka cinah ötürməsini dəqiq tamamladı. 1:0. Deyəsən, "Neftçi"nin qisas planları təxirə salınır.
 
Qonaqlar "İnter" sindromuna son qoymaq üçün irəli atılıblar. "Neftçi" pis oynamır, hətta təhlükəli vəziyyətlər də yaradır. Amma məğlubiyyət qaçmaq üçün, nə qədər sadə səslənsə də, qol lazımdır.
 
Nəhayət, "ağ-qaralar"ın hücumları bəhrı verdi. 76-cı dəqiqədə təyin olunan penaltini "Neftçi"nin və premyer liqanın bombardiri Adrian Nyaqa dəqiq yerinə yetirdi - 1:1. Bu qol hər iki komandanı sakitləşdirdi. Son dəqiqələrdə Çervenka dubl etməyə yaxın olsa da, onun zərbəsi dəqiq alınmadı və matç bərabərliklə bitdi.
 
Turnir vəziyyəti
 
İlk altılıq: XL, "İnter" - 18 xal,  Bakı, Qarabağ - 15 , Neftçi - 12, Qəbələ - 7.
 
İkinci altılıq: Simurq - 22, OŞ - 18, Turan - 16, Muğan - 13, SS - 12, Karvan - 6.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.