13 mart 2010 18:12
Mahir Şükürov: debütdə 90 dəqiqə və 1 xal (YENİLƏNDİ)
Bu gün Bakı vaxtı ilə saat 16:15-də Rusiya Premyer Liqasında ilk turunun oyunu keçirildi. Azerisport.az xəbər verir ki, Qafqaz derbisində həmyerlimiz Mahir Şükürovun çıxış etdiyi “Anji” “Spartak-Nalçik”lə görüşdü.
Görüş qarşılıqlı hücumlar şəraitində keçdi və hər iki komandaya sərf etdən qolsuz heç-heçə ilə başa çatdı. Start heyətində yer alan Şükürov ənənəvi mövqeyində - müdafiənin sağ cinahında mübarizə apardı və 90 dəqiqə meydançada oldu.
