13 mart 2010 18:06
"Bu gün oyunumuz istədiyimiz kimi alınmadı"
Azerisport.az xəbər verir ki, “Turan” – “Muğan” (1:2) oyunundan sonra hər iki komandanın baş məşqçisi oyun barədə fikirlərini bildirib.
Nizami Sadıqov (“Turan”): "Bu gün oyunumuz istədiyimiz kimi alınmadı. Əldə etdiyimiz qol imkanlarından lazımınca istifadə edə bilmədik. Bu oyunu unudub, qarşıdakı oyunlara hazırlaşacağıq."
Almir Hurtiç (“Muğan”): “Meydançanın vəziyyətinin pis olmasına baxmayaraq, hər iki komanda yaxşı oynadı. İkinci hissədə futbolçumuz qırmızı vərəqə alandan sonra komandamız ruhdan düşmədi və oyunu qələbə ilə başa vurdu". (PFL)
