13 mart 2010 21:43
Çxadadze oyuna köklənmədən və penaltidən danışdı
“İnter”in baş məşqçisi Kaxaber Çxadadze “Neftçi” ilə qarşılaşmadan sonra bildirib ki, komandasının penalti vurmasını arzulayır.
“Hər dəfə “Neftçi”yə qalib gəlmək çox çətindir. Artıq ardıcıl 3-cü dəfədir ki, futbolçularım bu komanda ilə oyuna köklənirlər. Bu, çox çətindir. Futbolçulardan xahiş edəcəyəm ki, mövsümün sonuna qədər heç olmasa bir dəfə penalti vursunlar. Yoxsa biz xeyrimizə heç belə zərbə təyin olunmur” – azerisport.az xəbər verir ki, mətbuat konfransında Çxadadze belə deyib.
