13 mart 2010 22:06
Mahir Şükürov: Tetradze oyunumdan razı qaldı
Bu gün “Anji”nin heyətində Rusiya Premyer Liqasında debüt edən Mahir Şükürov matçdan sonra Azerisport.az-la öz təəssüratlarını bölüşüb.
“Mövsümün ilk oyunu olduğundan, bir qədər çətin idi. Rəqib nə özü oynadı, nə də bizə oynamaq imkanı verdi. Məncə, liderlərlə oynamaq bu mənada bir qədər asan olacaq. Öz oyunumdan razı qaldım, çünki Omari Tetradze də məndən razı qaldığını söylədi” – müxbirimzlə söhbətdə şükürov belə deyib.
