13 mart 2010 00:43
Bakının cəhdləri nəticəsiz qaldı
“Bakı”nın keçmiş müdafiəçisi Aleksandr Tomaş klubun bütün cəhdlərinə rəğmən, karyerasını “Slaviya”da davam etdirə biləcək. Azerisport.az xəbər verir ki, FİFA “Bakı”nın transfer vərəqəsini verməməsinə baxmayaraq, Tomaşın Sofiya klubunda çıxışına icazə verib. Tərəflər mübahisəni həll etməyənə qədər, müdafiəçi “Slaviya“ya məxsus olacaq.
