13 mart 2010 00:59
Arazın rəqibi 27 martda məlum olacaq
Martın 27-də Portuqaliyanın paytaxtı Lissabonun “da Luj” stadionunda futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”nın püşkü atılacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Araz”ın da qatılacağı final yarışında komandamızın ilk rəqibini əfsanəvi portuqaliyalı futbolçu Eysebio müəyyənləşdirəcək.
Nəzərinizə çatdıraq ki, “Dördlər finalı”nda “Araz”dan əlavə, Portuqaliyanın “Benfika”, İtaliyanın “Luparense” və İspaniyanın “İntervyu” klubları mübarizə aparacaq.
