14 mart 2010 01:16

İlk qaranquş

Mahir Şükürov Azərbaycan futbolunda yeni səhifə açdı. “Anji” – “Spartak-Nalçik” matçı Azərbaycan futbolçusunun Rusiya premyer liqasında ilk oyunu oldu!
 
Azerisport.az indi sizin təəccüblü simanızı təsəvvür edir və bildirir ki, bu, texniki və ya mexaniki səhv deyil. Mahir Şükürov həqiqətən Rusiya premyer liqasında çıxış edən ilk Azərbaycanlı futbolçudur. Əlbəttə, siz Nazim Süleymanov, Vəli Qasımov, Arif Əsədov, Emin Ağayev və başqalarının adını çəkə bilərsiniz. Amma tələsməyin.
 
1992-ci ildən keçirilməyə başlayan Rusiya çempionatı 1997-ci ilə qədər “Yüksək Liqa”, 2001-ci ilə qədər isə “Yüksək Divizion” adlanıb. Bütün bu illərdə birincilik Peşəkar Futbol Liqası tərəfindən idarə olunub. 2001-ci ildə Rusiya Futbol Premyer Liqasının (RFPL) təsis edilməsi ilə ölkənin ən nüfuzlu turnirinin təşkili bu quruma həvalə olunub və yarış 2002-ci ildən “Rusiya Premyer Liqası adlanmağa başlayıb. O vaxtdan bu yana isə protokollarda bir nəfər də olsun azərbaycanlı futbolçunun adına rast gəlinməyib.
 
Hərçənd, statistikaya diqqət yetirsəniz, Narvik Sırxayev və Branimir Subaşiç kimi tanış soyadlara rast gələ bilərsiniz. Amma burada incə məqamlar var: Sırxayev milli komandamızın formasını geysə də, Azərbaycan futbolunun yetirməsi deyil. Üstəlik, o, ölkəmizdən imtinadan sonra Rusiya yüksək liqasında debüt etmişdi. Subaşiç isə 2003-cü ildə ümumiyyətlə, Azərbaycan vətəndaşı deyildi!
 
2001-ci ildə Emin Ağayev “ilk qaranquş” olmağa yaxın olub. Lakin o həmin mövsümün sonunda çıxış etdiyi “Torpedo-ZİL”i (sonradan “Torpedo-Metallurq” və FK “Moskva” adlandırılan klub) birinci divizionda mübarizə aparan “Ximki”yə dəyişməklə bu şansı qaçırıb.
 
Premyer Liqanın yaradılmasından sonra orada azərbaycanlı futbolçulara rast gəlinməməsi sizə müəyyən qədər təsadüfi hal kimi görünə bilər. Amma bunun dərinliyində konkret səbəblər durur. RFPL-in yaradılması ilə Rusiya çempionatı irəliyə doğru iri və güclü addımlar atdı, İrji Yaroşik  Dario Passoni, daha sonralar Vaqner Lav,  Derley kimi futbolçuların transferi isə yarışın səviyyəsinin sürətlə artmasına gətirib çıxardı. Belə şəraitdə postsovet məkanı ölkələrinin futbolçularının sayı azalmağa başladı. Deməli, o illərdə futbolu heç keçmiş SSRİ məkanında belə ilk “onluğ”a daxil olmayan Azərbaycanın Rusiya Premyer Liqasında heç bir təmsilçisinin olmaması təbii qarşılanmalıdır.
 
Mahir Şükürovla ölkəmizin bu yarışa “ayaq açması” iki istiqamətdən qiymətləndirilə bilər; ya Premyer Liqanın səviyyəsi bir neçə il bundan əvvəllə müqayisədə zəifləyib, ya da Azərbaycan futbolu keyfiyyətini müəyyən qədər artırıb. Bunların arasında ikincisi həqiqətə daha yaxın görünür, amma Şükürovun transferinin daha bir səbəbi Rusiyanın son seçmə tsikldə yığmamızla bir qrupda yer alması və xüsusilə, Mahirin bu komanda ilə hər iki görüşdə (əsasən də Bakıda) yaxşı təsir bağışlamasıdır.
 
İndi artıq hər şey futbolçumuz öz əlindədir. Ya Mahir inamlı oyunu ilə Rusiya klublarının Azərbaycan futboluna inamını artıracaq və digər futbolçuların bu çempionata yolunu açacaq, ya da əksinə olacaq. Başlanğıc hələ ki, ümidvericidir. Elnur Allahverdiyevin yayda elə həmin “Anji”yə, yaxud da digər Premyer Liqa klubuna mümkün keçidi bu ümidləri bir qədər də artıracaq.
 
Əsas odur ki, Azərbaycan çempionatı inkişaf etsin və Avropada artıq sayılıb-seçilən turnirlərdən olan Rusiya çempionatına layiq futbolçuları ixrac edə biləcək gücdə olsun. Qalanı seleksionerlərin və məşqçilərin işidir. İnanın ki, nəticələr özünü çox gözlətməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.