14 mart 2010 21:57
Kovalyov komandasına 3 xal qazandırdı (YENİLƏNDİ)
Bu gün Bank Asiya 1-ci Liqada növbəti turun oyunları keçirilib. Tur iki həmyerliimiz - Anatoli Ponomaryov və Vitali Kovalyov üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, səfərdə “Karabükspor”la qarşılaşan “Orduspor” 1:1-li heç-heçəyə nail olub. Ponomrayov matçın 90-cu dəqiqəsinə əvəzlənib. “Kartalspor” isə “Karşıyaka” ilə görüşüb və gözlənilmədən 1:0 hesabı ilə qalib gəlib. Sevindirici haldır ki, uzun fasilədən sonra yenidən start heyətində çıxan Vitali Kovalyov qələbənin memarlarından olub. O, dörd dəfə komandasını real qoldan xilas edib.
