14 mart 2010 00:34

Sönük tamaşa, yaxud Klublar PFL-in paxırını açanda...

Bu gün daha iki oyun izlədikdən sonra Azerisport.az qərara gəldi ki, “Unibank” Premyer Liqasının Final mərhələsindən əlahiddə bir şey gözləməyə dəyməz. Ən azından ilk turlarda...
 
Ehtimal etmək olar ki, “Neftçi” və “İnter” futbolçuları bir-birilərindən artıq beziblər. 20 günə ardıcıl 3 oyun – həqiqətən, Milli Hokkey Liqasının pley-off görüşlərini xatırladır! Kaxaber Çxadadze də etiraf etdi ki, futbolçuları “Neftçi” ilə ardıcıl üçüncü oyuna köklənməkdə böyük problemlərlə üzləşdilər. Gürcüstanlı mütəxəssis üç gün sonra da komandası üçün lazım sözlər tapmalıdır, çünki... “İnter”i ölkənin ən titullu klubu ilə daha bir matç gözləyir!
 
Hərçənd, Çxadadzenin deyəcəyi sözlərdən asılı olmayaraq, ilk görüşdə 3:0 hesabı ilə qalib gələn “bankirlər”in cavab qarşılaşmasında – özü də evdə – bu üstünlüyü əldən buraxa biləcəyi fantastikaya bənzəyir. Bunu yaxşı anlayan Arif Əsədov və onun komandası böyükhesablı məğlubiyyətin əvəzini məhz çempionatda çıxmaq istədiklərini gizlətmirdi. Nəticədə isə az qala “Neftçi” özü məğlub olacaqdı.
 
Komanda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol sərgilədi. Bu, şübhəsizdir. Amma “ağ-qaralar”ı bu dəfə də Əfqan Həmzəyevin təyin etdiyi penalti məğlubiyyətdən xilas etdi. Nə qədər belə davam edəcək və bu gedişlə “Neftçi” nə qazanacaq, proqnozlaşdırmaq çətindir.
 
Günün digər qarşılaşmasında isə “Muğan” özü və turnir perspektivləri üçün çox əhəmiyyətli olan qələbə qazandı. Gənc və populyar vaxtlarını yada salan Fərrux İsmayılovun topladığı 1+1 xal (qol və məhsuldar ötürmə) salyanlıları ikinci “altılıq”da elə məğlub etdikləri “Turan”a yaxınlaşdırdı. Əvəzində “Standard” yenə 11-ci pilləyə düşdü, amma bu gün üçün “Karvan”dan başqa digər 5 komandanın premyer liqada qalmaq şansları real görünür.
 
Bütün bu hesablamalar bir kənara – oyunların səviyyəsi yenə idealdan uzaqdır. Kimsə səbəbi ilin fəslində, meydançaların pis vəziyyətində və ya futbolçuların fiziki durumunun aşağı olmasında görə bilər, amma bunların heç biri qəbul olunmur. Çünki, birincisi, Azərbaycan Rusiya deyil ki, burada “yaz futbolu” anlayışı hakim kəsilsin. İkincisi, oyunların böyük əksəriyyəti süni meydançalarda (Zaqatala, “Şəfa”) və ot örtüyü yaxşı olan stadionlarda (“Tofiq Bəhramov”, Lənkəran) keçirilir. Üçüncüsü, çempionat 1 aydan çoxdur bərpa olunub və bu müddətdə futbolçular hətta yığmaların da düşərgəsinə yollanmağa macal tapıblar.
 
Sadəcə, “altılıq” sistemi özünü doğrultmur. Və əgər çempionatı təşkil edənlər bu sistemin - medallar və ya premyer liqada qalmaq uğrunda mübarizənin komandaların daha yaxşı futbol göstərmələrinə ciddi təsir edəcəyini düşünürdülərsə, onların yanıldığı göz qabağındadır. Bunu biz demirik, bunu elə “Unibank” Premyer Liqasının iddialı sayılan komandaların göstərdiyi futbol deyir.
 
 
“İnter” – “Neftçi” 1:0
“Turan” – “Muğan” 1:2
 
Turnir vəziyyəti
İlk altılıq: XL, "İnter" - 18 xal,  Bakı, Qarabağ - 15 , Neftçi - 12, Qəbələ - 7.
 
İkinci altılıq: Simurq - 22, OŞ - 18, Turan - 16, Muğan - 13, SS - 12, Karvan - 6.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.