14 mart 2010 00:53
Elnur Allahverdiyev də Rusiyaya yollanır
“Qarabağ”ın və Azərbaycan yığmasının üzvü Elnur Allahverdiyev bu il Mahir Şükürovdan sonra Rusiya premyer liqasında çıxış edəcək ikinci futbolçu ola bilər. Azerisport.az Ağdam klubuna yaxın mənbələrə istinadla xəbər verir ki, müdafiəçi yayda başa çatan müqaviləsini yeniləməkdən imtina edib və mövsümün başa çatmasını gözləyir. Allahverdiyevin yay transfer dövründə “Anji” ilə müqavilə bağlayacağı gözlənilir. Bunun üçün Elnur bir qədər aşağı məvacibə də razıdır.
Futbolçu ilə birinci divizionda mübarizə aparan “Kuban” da maraqlanır.
Xatırladaq ki, bir müddət 25 yaşlı futbolçunun Kiyev “Arsenal”ına keçmək variantı gündəmdə idi.
