15 mart 2010 13:10
Olimpik-Şüvəlanda ağır itki
“Olimpik-Şüvəlan"ın gürcüstanlı futbolçusu Roman Qoqinaşvili ağır zədə alaraq, sıradan çıxıb. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki,martın 5-dəməşq zamanı zədələnən Qoqinaşvilinin müayinəsi zamanı sağ dizindəçarpaz bağların qırılması vəmeniskus yırtılması aşkarlanıb.
Bu gün klub həkiminin müşayiətindəTürkiyəyəyola düşəcək 26 yaşlı müdafiəçi Mehmet Binnet tərəfindən əməliyyat olunacaq. Futbolçunun 6 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
