15 mart 2010 13:15
Azərbaycan - Türkiyə: hərəyə bir qələbə
Türkiyənin paytaxtı Ankarada güləş üzrə beynəlxalq turnir başa çatıb.
Azerisport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, həm sərbəst, həm də yunan-Roma güləşi növlərinin finalında Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar. Sərbəst güləşçilərin duelində həmyerlilərimiz (6:1), “klassik”lərdə isə döşək sahibləri (5:2) üstün olublar.
