15 mart 2010 13:50
Vaqif Cavadov məşqlərə başlayır
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov “Tvente”də məşqləri bərpa edir. Azerisport.az xəbər verir ki, artıq klubun həkimləri futbolçumuza topla çalışmağa icazə veriblər. Futbolçunun özünün dediyinə görə, ayağında ağrılar yoxdur və o özünü yaxşı hiss edir.
