15 mart 2010 14:45
Bülənt Qorxmaz final oynamaq istəyir
“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz komandasının yarımfinala çıxacağına ümid edir.
“Məqsədimiz Kubokda mümkün qədər irəliləmək və əlbəttə ki, final oynamaqdır. Bunun üçün ilk matçda bacarmadığımızı eləməli, “Standard”ı məğlub etməliyik. Sumqayıtda bizi çətin oyun gözləyir” – azerisport.az-a müsahibəsində türkiyəli mütəxəssis belə deyib.
