15 mart 2010 16:09

Bülənt Qorxmaz Bakıya nə verəcək və nə vaxt?

Bülənt Qorxmazın Azərbaycana gəlişindən 6 ay keçir. Yarım il onun işinə yekun vurmaq üçün kifayət edəcək müddət deyil, amma...

Azerisport.az xəbər verir ki, “Qalatasaray”ın keçmiş baş məşqçisinin “Bakı”ya keçməsi böyük ajiotaja səbəb olmuşdu. Buna Qorxmazın parlaq futbolçu karyerası, ən əsası ölkəmizdə çox sevilən “Cim-Bom”un şərəfini qoruması, Türkiyə yığmasının heyətində Dünya çempionatının bürünc medallarını qazanması təsirini göstərmişdi. Hər halda, Azərbaycan futboluna belə kalibrli şəxsiyyətlərin gəlməsi hər gün baş tutmur. Onların işləmək və nəticə vermək üçün təşrif buyurması isə, ümumiyyətlə, rast gəlinməyən hadisədir.

Amma futbol elə bir təsərrüfatdır ki, burada əvvəlki nəticələrə, zəngin karyeraya uzağı fəaliyyətin ilk aylarında arxalanmaq olar. Əgər baş məşqçi postuna gəlmisənsə, üstəlik, hərtərəfli sərfəli olan müqaviləyə imza atmısansa, bu gün və burada nəticə verməlisən. Əks halda, heç kəsi sənin haradasa kapitan olmağın maraqlandırmayacaq. Hətta əgər söhbət 1990-2000-ci ilərin əfsanəvi “Qalatasaray”ından və Türkiyə yığmasında gedirsə belə...

Qorxmaz ölkəmizə olduqca gec uyğunlaşır. Hər müsahibəsində bunun əksini iddia etsə də, Büləntin böyük çətinliklərlə üzləşdiyi göz qabağındadır. Bəlkə də burada onun vaxtından əvvəl öz gücünə inanması və zəif hesab etdiyi Azərbaycan çempionatından asanlıqla uğur qazanacağına ümid etməsi rol oynadı. Lakin hər şey bu qədər asan olmadı və hiss olunur ki, Qorxmaz üçün bu, böyük gözlənilməzlikdir.

Futbol praktikası sübut edib ki, komandaya yeni gələn baş məşqçinin kollektivi öz konsepsiyasına uyğunlaşdırması üçün az bir mövsümə ehtiyacı var. “Bakı” ilə bağlı da bu tezis özünü doğruldur, amma mövsümün sonuna yaxın hələ də bu komandada “oyun cizgiləri” nəzərə çarpmır. Yəni Bülənt Qormazın məşqçi əli “zolaqlılar”da hiss olunmur. Əgər mövsümün birinci yarısında onun komandanı Coko Haciyevskidən yenicə təhvil aldığını, futbolçuları yaxşı tanımadığı, onlarla birgə təlimş-məşq toplanışı keçmədiyini nəzərə almaq mümkün idisə, indi bu səbəblərin heç biri keçərli deyil; 6 ay ərzində Qorxmaz hər bir futbolçunu yaxından tanımağa, bir neçə transfer etməyə, üstəlik, komanda ilə toplanış da keçməyə macal tapıb. Nəticə isə hələ də yoxdur ki, yoxdur.

“Nəticəsizlik” anlayışına “Birlik kuboku”ndakı uğursuz çıxışı, komandanın Premyer Liqada final mərhələsinə çətinliklə vəsiqə qazanmasını, Azərbaycan kubokunda mübarizəni dayandırmağa yaxın olmasını aid edə bilərik. Lakin iş bunda deyil. Yanvarda keçirilən turniri çıxmaq şərti ilə, “Bakı”nın digər iki yarışda vəziyyəti düzəltmək şansları qalır. Bununla belə, nəticə üçün oyunun olması vacibdir. Qorxmaz isə hələ də öz futbol fəlsəfəsini komandanın “canına hopdura bilmir”. Təbii, əgər onda belə fəlsəfə varsa...

Futbol azarkeşlər üçün oynanılır. Bu gün hər şeyi olan “Bakı” Futbol Klubunun azarkeş ordusu toplamağa böyük ehtiyacı var. Klubun gördüyü bütün işlər də – stadion inşası, Bülənt Qorxmaz və Jaba kimi tanınmış insanların cəlb olunması da bu məqsədi güdür. Amma “zolaqlılar”ın sayı o qədər də çox olmayan azarkeşləri bu gün “Böyük kapitan”ı istefaya çağırırsa, deməli narazıdır. Narazılığın əsas səbəbi isə komandanın hələ də darıxdırıcı və sistemsiz futbol oynamasıdır. Düşünün, Bülənt hoca!..

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.