16 mart 2010 15:56
Neftçi World Cup-da iştirak edəcək
25-30 may tarixlərində İtaliyada keçiriləcək beynəlxalq futbol turnirində “Neftçi” komandası da mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, söhbət flaqmanın 1993-1994-cü il təvəllüdlü futbolçularından gedir. Belə ki, kluba “Ciorciaria World Cup-4” turnirində iştirak etmək üçün dəvət gəlib.
Beynəlxalq turnirdə dünyanın müxtəlif ölkələrinin 16 klubu, həmçinin 8 yerli komanda qüvvəsini sınayacaq. Yarışda İtaliyanı “Roma”, “Milan”, “Fiorentina”, “Kyevo”, “Bari”, “Napoli”, “Kalyari” kimi tanınmış klublar təmsil edəcək. Həmçinin turnirdə “Bastiya” (Fransa), “Hayduk” (Split, Xorvatiya), “Kristal Pelas” (İngiltərə), “Benfika” (Portuqaliya), “Nyu-York Stars” (ABŞ) komandaları iştirak edəcək. Artıq “Neftçi”nin mübarizə aparacağı qrupun tərkibi də məlumdur. “Ağ-qara”lı gənclər “D” qrupunda İtaliyanın “Bari” və “Arpino”, Serbiyanın “Partizan” klubları ilə qrup birincisi olmaq üçün yarışacaqlar.
“Neftçi” PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti
