16 mart 2010 18:13
Bakı Standarda, Həsənzadə Simurqa qalib gəldi (YENİLƏNDİ)
Bu gün Azərbaycan Kubokunda 1/4 finalın iki cavab qarşılaşması keçirilib. Azerisport.az xəbər verir ki, “Şəfa” stadionunda “Olimpik-Şüvəlan” “Simurq”a penalti seriyasında qalib gəlib (əsas vaxt - 0:0, penaltilərlə - 4:2). Yarımfinalda Nazim Süleymanovun yetirmələri “Xəzər-Lənkəran” – “Qarabağ” (ilk oyun – 1:2) cütünün qalibi ilə qarşılaşacaq.
Digər matçda isə “Bakı” “Standardı” məğlub edib – 3:1. Qalib “İnter” - “Neftçi” (ilk oyun - 3:0) cütünün güclüsü ilə görüşəcək.
