16 mart 2010 21:43
Arazın rəqibləri fasilədə müəyyənləşəcək
Martın 27-də, Lissabondakı Estadio da Luz stadionunda, Portuqaliya çempionatı çərçivəsində keçiriləcək «Benfika» - «Braqa» oyununun fasiləsində futzal üzrə UEFA kubokunun «Dördlər finalı»nın püşkü atılacaq. Bu barədə Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir.
Xatırladaq ki, «Dördlər finalı»nda təmsilçimiz «Araz», Portuqaliyanın «Benfika», İtaliyanın «Luparense» və İspaniyanın «İntervyu» komandaları mübarizə aparacaq.
