16 mart 2010 00:45
“Pulu Slaviya ödəsin!”
“Bakı”nın icraçı direktoru Yaşar Seyidov bildirib ki, komandanı tərk edən və kompensasiya kimi tələb etdiyi 25000 Aleksandr Tomaşa dolları ödəmək fikrində deyillər.
“Biz FİFA-ya məktub yazaraq, Tomaşın “Slaviya”ya keçməsinə etiraz etmədik. Amma bu futbolçu ilə mövsümün sonuna qədər müqaviləsi var. Ona 25000 dollar ödəmək fikrimiz yoxdur. Qoy bu pulu bolqar klubu futbolçuya ödəsin. Onsuz da o, müqaviləsi ola-ola “Slaviya”ya pulsuz başa gəlib” – azerisport.az-a açıqlamasında Seyidov belə deyib.
