17 mart 2010 13:00
FIFA DÇ ilə bağlı qərarlnı verməyə hazırlaşır
2010-cu il martın 18-19-da Sürixdə FİFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Azeisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iclasda müzakirə olunacaq məsələlərdən biri də 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələrin müəyyənləşdirilməsidir. Xatırladaq ki, 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası öz namizədliyini irəli sürüb və bununla bağlı tenderdə iştirak etmək üçün hazırlanan müvafiq sənədlər AFFA tərəfindən FİFA-ya təqdim olunub.
