17 mart 2010 19:50

Yarımfinalın cütlükləri: Bakı - İnter, XL - OŞ (YENİLƏNDİ)

Bu gün Azərbaycan kubokunda daha iki yarımfinalçı məlum olacaq. Azerisport.az xəbər verir ki, Bakıda İnter Neftçini, Xəzər Lənkəran isə öz meydançasında Qarabağı qəbul edir.

 

 XL – Qarabağ 1:0

 Möhtəşəm matçın 16-cı dəqiqəsində Xəzər Lənkəran hesabı açıb. Kristian Kabral fərqlənib - 1:0. Bu hesab lənkəranlıları tamamilə qane edir. İlk hissədə bərabər səviyyəli mübarizə getsə də, lənkəranlılar qələbə hesabını hələ qoruyub saxlaya bilirlər.

Lənkəranda ikinci hissə başladı. Meydan sahiblərinin mərhələ adlaması üçün bu hesabı daha 45 dəqiqə saxlaması kifayətdir.

65-ci dəqiqədə rəqibə qarşı kobudluğa görə ikinci sarı vərəqəni görən Elnur Allahverdiyev komandasını azlıqda qalıb. Qarabağın oyunu dəyişdirmək şansları bir qədər də azaldır. 

Matçın başa çatmağına bir neçə dəqiqə qalmış Qarabağın heyətində daha bir futbolçu meydançadan qovuldu. Amma bu epizodda FİFA referisi Vüsal Əliyev kobud səhvə yol verdi. O, Rəşad Sadiqova ikinci sarı vərəqəni göstərdi. Amma maraqlıdır ki, Sadiqovun... sarı vərəqəsi yox idi! 

Xəzər Lənkəran qələbə hesabını elə bir çətinlik çəkmədən qorudu və yarımfinalda Olimpik-Şüvəlana rəqib oldu.

İnter – Neftçi 2:1
 
İlk görüşdə 3:0 hesabı ilə qalib gələn İnter meydançaya eksperimental heyət buraxıb. Amma qonaqlar da, deyəsən, müqavimətin mənasız olduğunu hiss edirlər; Neftçinin də heyətində bir neçə aparıcı futbolçu yoxdur.
 
Matçın 27-ci dəqiqəsində İnter hesabı açıb. Dəqiq zərbə endirən Asif Məmmədo uzun fasilədən sonra fərqlənməyi bacarıb. Neftçi isə, deyəsən, tamamilə təslim olub. Birinci hissə "bankirlər"in minimalhesablı üstünlüyü ilə başa çatdı.
 
55-ci dəqiqədə İnter daha bir dəfə fərqlənib. Son vaxtlar formada olan Girts Karlsons bu dəfə ölkənin ən titullu klubunu məyus edib. 2:0.
 
Ölkənin ən titullu klubu hesab arasındakı fərqi azaldıb. Bu dəfə də "ağ-qaralar" penaltidən fərqləniblər. Qola isə Marian Aliuta imza atıb.
 
Matç başa çatdı. İnter yarımfinalda Bakı ilə qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.