17 mart 2010 14:18
Mahir üçün yeni məşqçi (YENİLƏNDİ)
Həmyerlimizin çıxış etdiyi Anjinin baş məşqçisi Omari Tetradze istefaya getmək fikrindədir. Azerisport.az xəbər verir ki, mütəxəssis hələ yazılı şəkildə müraciət etməsə də, artıq klub rəhbərliyi ilə bu barədə danışıb. Onun yaxın vaxtlarda postunu tərk edəcəyi gözlənilir.
Anjinin baş məşqçi postuna ən real namizəd vaxtilə bu klubu çalışdırmış Hacı Hacıyev sayılırdı. Aldığımız informasiyaya görə, mütəxəssis bu gün komandaya baş məşqçi kimi təqdim olunacaq.
