17 mart 2010 13:40
UEFA Azərbaycanı bağışladı
Bir müddət əvvəl 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün UEFA-nın İntizam Komitəsi AFFA-nı 60 min avro məbləğində cərimələmiş, AFFA tərəfindən isə cərimənin azaldılması ilə bağlı UEFA-nın Apellyasiya Komitəsinə müraciət ünvanlanmışdı. Azerisport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, UEFA-nın Apellyasiya Komitəsinin iclasında bu məsələ müzakirə olunub və cərimənin məbləği 30 min avroya endirilib.
