17 mart 2010 15:38
"Evertonun marağı barədə eşitməmişəm"
“Neftçi”nin və Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov bildirib ki, Araz Abdullayev Evertoun təklifini qəbul etməlidir.
“Araz Azərbaycanın ən perspektivli futbolçularından biridir. Ona yalnız bir şans vermək lazım idi. Düzü, Evertonun onunla maraqlandığını eşitməmişəm. Amma real variantdırsa, məncə, o bu təklifi qəbul etməlidir” – azerisport.az-ın müxbiri ilə söhbətdə Məlikov belə deyib.
