17 mart 2010 16:17
Yığmanın yeni forması
Azərbaycan milli futbol komandası sentyabrın 7-si almanlara qarşı oyuna yeni formada çıxacaq. Azerisport.az xəbər verir ki, formanın yeni dizaynı artıq hazırdı, amma may və iyun aylarında keçiriləcək yoldaşlıq oyunlarında millimiz hələ köhnə futbolkalarda oynayacaq. Xatirladaq ki, Kölndə baş tutan Almaniya millisinə qarşı matç futbolçularımız üçün AVRO2012 seçmə mərhələsinin birinci oyunu olacaq.
