17 mart 2010 22:26
Qurbanov belə başlanğıc gözləmirmiş
Qarabağın baş məşqçisi Qurban Qurbanov matçdan sonra həm oyun, həm də Vüsal Əliyevin səhvi barədə fikirlərini bölüşüb.
“Bu cür başlanğıc gözləmirdik. Erkən qol da planlarımızı pozdu. Amma, hər halda, azlıqda qalmağımıza rəğmən, Bakıyla oyunla müqayisədə daha yaxşı oyun sərgilədik. Rəşad Sadıqovun qovulmasına gəlincə, görünür, Vüsal Əliyev vərəqələri dəyişik saldı” – azerisport.az xəbər verir ki, Qurbanov belə deyib.
