17 mart 2010 22:34

Azərbaycan reallığı

Bu gün daha iki oyunla Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vuruldu və yarımfinal cütlükləri məlum oldu.

Azerisport.az xəbər verir ki, Azərbaycanda həyatın bütün sahələri kimi futbolda, konkret olaraq, ölkə kubokunun 1/4 finalında da qalmaqalsız keçinmək mümkün olmadı. Xəzər Lənkəran – Qarabağ görüşü Azərbaycan üçün yüksək keyfiyyətli futboldan başqa, hakim səhvləri, əsəb, gərginlik, söyüş və az qala döyüşlə yadda qaldı. Amma ədalət naminə, XL layiq olduğu qələbəni qazandı və 90 dəqiqə üstünlüyünə şübhə yeri qoymadı. Bəs onda qalmaqal niyə yaşandı?

Hər şey 65-ci dəqiqədə başladı. Elnur Allahverdiyevin aldığı ikinci qırmızı vərəqə və bundan sonra referi Vüsal Əliyevə etirazlar. Vəziyyət o həddə çatdı ki, Qarabağın mənəvi lideri Rəşad Sadıqov Elnurun hərəkətlərinə sərt reaksiya verərək, onu itələyib meydandan çıxardı. Lakin cəmi 22-23 dəqiqə sonra Rəşad özü əsəblərini cilovlaya bilmədi. Onun buna haqqı var idi; Rəşad Sadiqovun meydançadan qovulduğu epizodda referi cibindən əvvəlcə sarı, sonra qırmızı vərəqə çıxardı. Bütün focus onda idi ki, Sadiqovun buna qədər sarı vərəqəsi yox idi, deməli, o bu sarıdan sonra meydançadan çıxarılmamalı idi. Yalnız sonradan hər kəs anladı ki, əslində, Əliyev futbolçuya birbaşa qırmızı vərəqə göstərib.

Bir sözlə, bu epizodda hakim vəziyyətə nəzarəti itirdi. Amma ağdamlıların məğlubiyyəti hakimin üstünə atmağa mənəvi haqları çatmaz. XL onlara nisbətən daha cəld görünürdü və bu getdikcə özünü daha aşkar göstərirdi. Hər halda, Rəşad Sadıqovun 94-cü dəqiqədə qapı çatından dönən topunu çıxmaq şərti ilə, Qarabağ rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilmədi. Nəticədə, Ağasəlim Mircavadovun yetirmələri mərhələ adladılar.

Bu komandanın oyununda məşqçi əli və futbolçuların yüksək texniki hazırlığı özünü aşkar göstərir. Amma təəssüflər olsun ki, konkret Qarabağla qarşılaşmada hakimin oyuna müəyyən mənfi təsiri oldu. Qələbəni Əliyev və ya Vəliyevin köməyi olmadan da qazanmaq mümkündür…

Günün ilk oyunu isə “Şəfa”da baş tutdu. İnterin baş məşqçisi Kaxaber Çxadadzenin dediyi kimi formal cavab qarşılaşması. Ümumi hesabı bərabərləşdirə biləcəyinə heç Neftçi və onun baş məşqçi əvəzi Arif Əsədov da inanmırdı. Nəticədə hər iki komandanın heyətində dünənki əvəzedicilər oyun praktikası qazanmaq şansı əldə etdilər. İnter də iki cəbhədə mübarizəni davam etdirir.

Bir qədər də tez olsa da, bu gün üçün İnter – XL finalı daha real və perspektivli görünür. Hər halda, bu iki komanda bu gün üçün ölkənin ən güclüləridir.

 

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
 
İnter – Neftçi 2:1 (ilk oyun – 3:0)
XL – Qarabağ 1:0 (ilk oyun – 1:2)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.