18 mart 2010 13:47
Bakı Parma ilə əməkdaşlığa başlayır
İlyarım əvvəl Belçikanın Anderlext klubu ilə tərəfdaşlıq müqaviləsi bağlayan Bakı indi daha bir məşhur klubla əməkdaşlığa başlayır. Azerisport.az “Futbol+qol” qəzetinə istinadla xəbər verir ki, yaxın vaxtlarda Parma ilə də analoji müqavilə imzalanacaq. Klubun vitse-prezidenti Tunc Aşar bildirib ki, səfər martın 26-27-ə planlaşdırır. Bu əməkdaşlıqda körpü rolunu isə İtaliyanın idman geyimləri istehsal edən “Errea” firmasıdır. Qeyd edək ki, bu şirkət həm Bakı, həm də Parmanın partnyordur.
