18 mart 2010 14:33

Qarabağ Vüsal Əliyevdən PFL-ə şikayət etdi

Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Qarabağ dünən XL oyundan sonra PFL-ə şikayət məktubu göndərib. Məktubun tam mətnini nəzərinizə çatdırırıq:
 
“17.03.2010 tarixində Azərbaycan Kuboku 1/4 final, cavab oyunu çərçivəsində keçirilmiş `Xəzər Lənkəran` - `Qarabağ` oyunu ilə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq:
Matç başlayan kimi Komandamızın oyunçularına qarşı açıq-aşkar qərəzli mövqeyi ilə diqqət çəkən oyunun hakimi Vüsal Əliyev ilk yarıda futbolçularımıza göstərdiyi sarı vərəqələrlə öz `şou`sunun başladı. Oyunun ikinci hissəsində isə bu `şou` öz zirvə nöqtəsinə - biabırçılıq həddinə qovuşdu. Verdiyi qərarlarla Azərbaycan Futboluna `töhvə` verən Vüsal Əliyev oyunun 57-ci dəqiqəsində Georgiy Adamiyanın qapıçı ilə təkbətək çıxdığı epizodu yan hakimin köməkliyi ilə oyundan kənar vəziyyət kimi dəyərləndirərək birbaşa oyunun nəticəsinə təsir edən qərar çıxardı. Halbuki epizoda yaxın olan baş hakim bu vəziyyətdə yan hakimin səhvini  düzəldəcək qərar da verə bilərdi. Yan kameradan çəkiliş açıq-aşkar futbolçumuzun oyundan kənar vəziyyətdə olmadığını göstərir.
 
Oyunun 65-ci dəqiqəsində Vüsal Əliyev yan xəttin yaxınlığında sadə bir oyun epizodunda baş vermiş qayda pozuntusunu ikinci sarı vərəqə kimi dəyərləndirərək müdafiəçimiz Elnur Allahverdiyevi meydandan qovdu. Epizoda uzaq mövqedə olan Vüsal Əliyev epizod baş verən kimi böyük canfəşanlıqla futbolçumuza yaxınlaşmamış qırmızı kartın hazırlığına başladı. Halbuki bu epizodda bir sarı vərəqəsi olan futbolçuya şifahi xəbərdarlıq da edilə bilərdi. Əlbəttə ki, qərəzsiz hakimlik oyunda hakim olsaydı...
İlk qırmızı vərəqə verdikdən sonra işini görmüş hesab edib,bir neçə dəqiqə normal hakimlik edən Vüsal Əliyev `Qarabağ`ımıza bunun təsiri etmədiyini, əksinə, komandamızın daha da böyük istəklə irəli atıldığını görən hakim daha böyük səhvi ilə nəinki komandamıza, ekran qarşısında oyunu izləyən milyonlarla futbol azarkeşinə qarşı hörmətsiz bir qərarı ilə tarixə düşdü. Oyunun 87-ci dəqiqəsində meydanın mərkəzinə yaxın mövqedə adi bir oyun epizodunda rəqib futbolçuya qarşı kobud oynayan yarımmüdafiəçimiz Rəşad Sadiqov birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Halbuki bu epizod tərəfli-tərəfsiz hər kəs tərəfindən maksimum sarı vərəqə kimi qiymətləndirildi...
 
Buna rəğmən hakim tək tərəfli `idarəçi`liyini növbəti `şou`sunu göstərdi. Sarı vərəqəsi olan Kristian Kabralın yerə uzanaraq yalandan vaxtı uzatmağı qarşılığında hakimin 2-ci sarı vərəqəni göstərməyə cəsarət etməməsi oyun ərzində`2-li standard`lardan yararlandığını əyani şəkildə büruzə verdi. Rəqibin vaxtı sonsuz sayda uzatmaq cəhdlərinə baxmayaraq hakimin əlini `cibinə salmaması` hakim haqqında oyunun nəticəsinə təsir etməklə yanaşı, təktərəfli mövqeyini ortaya qoydu.
 
Və ən nəhayət qeyd etdiyimiz rəqib futbolçu Kabralın epizodu ilə yanaşı, oyun ərzində sonsuz sayda oyunun dayandırılmasına baxmayaraq görüşün sonuna cəmi 4 dəqiqə əlavə olunması da hakim Vüsal Əliyevin bu oyunda `Qarabağ`ın növbəti mərhələyə adlamamasına hesablanmış addımı idi...
 
Xahiş edirik ki, yuxarıda qeyd etdiyimiz vəmatç boyu digər sonsuz sayda hakim səhvlərini təhlil edərək ədalətli qərar çıxarılmasına, bununla da Azərbaycan futbolunun gələcək inkişafına töhfəverməyinizi Sizdən xahiş edirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.