18 mart 2010 14:47
Yığmanın müdafiəçisi yenə oyundan kənar
“Unibank” Premyer Liqasının XXIV turunda "Muğan"la qarşılaşacaq "Karvan" şənbə günü keçiriləcək oyunun hazırlıqlarını Yevlaxda davam etdirir. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, gündə bir dəfə Yevlax şəhər stadionunda məşq edən Yunis Hüseynovun komandası Salyan təmsilçisi ilə oyunda mütləq qələbə hədəfləyir. "Muğan"la oyun öncəsi heyətdə cəzalı futbolçu olmasa da, qasıq nahiyəsində ağrıları olan müdafiəçi Ernani Pereyranın oynaması sual altındadır.
